Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə danışacaq.
Musavat.com xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib ki, Netanyahu həmçinin ABŞ prezidenti Tramp və Böyük Britaniyanın baş naziri Starmerlə də danışmağı planlaşdırır.
Bundan əvvəl İsrailin baş naziri artıq Almaniya kansleri Merz, Hindistanın baş naziri Modi və Fransa prezidenti Makron da daxil olmaqla dünya liderləri ilə bir sıra danışıqlar aparıb.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ