İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu "Hizbullah"a xəbərdarlıq etdi

İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.

Bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.

"Hizbullah” ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrail hökumət başçısı deyib.

Netanyahu əlavə edib ki, “Hizbullah” sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.

"Hizbullah” dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR