İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu fikrini dəyişdi: “Müdafiə naziri vəzifəsində qalacaq”

İsrailin müdafiə naziri Yoav Qallant daha əvvəl hökumətin gündəliyinə zidd olaraq məhkəmə islahatları haqqında danışdığı üçün işdən çıxarılsa da, vəzifəsində qalacaq.

Musavat.com "Yeruselim Post"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciəti zamanı deyib.

“Qarşımızda ciddi vəzifələr var. Aramızda fikir ayrılıqları, hətta bir neçə məsələdə ciddi fikir ayrılıqları olub, amma mən bunu bir kənara qoymaq qərarına gəldim. Bu günlərdə bütün cəbhələrdə 24/7 birlikdə işləyirik. Qallant öz vəzifəsində qalır. Bunu bir daha bildirmək istəyirəm ki, biz İsrail vətəndaşlarının təhlükəsizliyi üçün birlikdə işləməyə davam edəcəyik”, - deyə Netanyahu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR