İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsiman Yaqublunun faciəvi ölümünə RƏQİBİNDƏN REAKSİYA - “Çox heyif..."

“Dəyərli tarixçimizin faciəvi ölümündən çox təsirlənmişəm. Ailəsinə və yaxınlarına başsağlığı verirəm".

Bu sözləri Musavat.com-a açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov deyib.

"Nəsiman Yaqublu dəyərli ziyalı idi. Azərbaycan elminə böyük töhfələr vermiş Nəsiman müəllimin ölümü məni çox kədərləndirdi, ona böyük hörmətim vardı”.

Qeyd edək ki, Nəsiman Yaqublu İmamverdi İsmayılovun rəqibi idi.

İ.İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən indiyədək 6 dəfə deputat seçilib. O, 1995-ci ildən Milli Məclisin üzvüdür.

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu 25 avqustda Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. O, xəstəxanada vəfat edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR