İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsiman Yaqublu ilə vida mərasimi keçirilir-Oğlu elə şeylər danışdı ki...-VİDEO, FOTO


Xəbər verdiyimiz kimi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, professor Nəsiman Yaqublu seçicilərlə görüşdən qayıdarkən, ötən gün Cəbrayıl rayonu ərazisində  ağır yol qəzasında həyatını itirib.

Musavat.com xəbər verir ki, hazırda onun evində, Nəcəf Nərimanov 5 A ünvanında professorla vida mərasimi keçirilir.

Yaxınları, qohumları, tələbələri, müəllim heyəti onun evinin önünə toplaşıb.

Oğlu Nihat Yaqublu jurnalistlərə açıqlama verib: "Çox qürur duyuram ki, mənim belə gözəl atam olub. Təəssüf ki, əcəl imkan vermədi. Azad olunmuş torpaqlardır, kamera yoxdur. Mən istərdim ki, hadisənin necə baş verdiyini görəm".

Daha ətraflı videodan izləyə bilərsiniz.

Afaq Mirayiq,
Foto, video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR