Onlayn ictimai-siyasi qəzet
"Abzas Media" işi çərçivəsində həbs olunan Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 22 gün uzadılıb.
Bu barədə "Report"a onun vəkili Rövşanə Rəhimli məlumat verib.
O bildirib ki, qərar Xətai Rayon Məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə keçirilən iclasda elan olunub.
Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ