Onlayn ictimai-siyasi qəzet
Ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib.
Bu barədə jurnalist Rövşən Hüseynov məlumat yayıb. O bildirib ki, artıq məbədi də Azərbaycan polisi mühafizə edir.
“Erməni əhalisi Qarabağı tərk etdikdən sonra Rusiya sülhməramlılarının bölgədə olma səbəbləri azalıb”. Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin deyib. O bildirib ki, Bakı qoşunların çıxarılması məsələsini gündəmə gətirməyib ki, Rusiya bunu məğlubiyyəti kimi qəbul edilməsin:
“Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi sülhməramlıların geri çəkilməsi ilə bağlı məsələni ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt, hərbçilərimizin Rusiyadan kənarda ölkəyə vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri daha da azalıb”, - o bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ReAL Partiyasının icra katibi Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ