Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Musavat.com-un məlumatına görə, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
"Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***
20:18
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci qol vurulub.
Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
"Köhlən atlar"ın heyətində 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.
***
20:08
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.
Musavat.com-un məlumatına görə, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.
"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.
@@TVmusavat/102440@@
***
19:00
Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
Musavat.com-un məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ