Onlayn ictimai-siyasi qəzet
"Neftçi" düşərgəyə əcnəbi futbolçu dəvət edib.
Söhbət nigeriyalı Amoo Akinkunminidən gedir. 22 yaşlı futbolçu ölkəsinin U-17 millisində 10 oyun keçirib, 1 qolla yadda qalıb.
Nigeriyanın əsas millisinə dəvət olunsa da, debüt etməyib. Son olaraq Kiprdə "Omoniya"nın şərəfini qoruyub.
Hazırda azad agent olan yarımmüdafiəçi daha əvvəl İsveçin "Hammarbu" və Danimarkanın "Kopenhagen" klubunda forma geyinib.
"Ağ qaralar"ın düşərgəsində yoxlanışda olan yeni simanın "Neftçi" formasında olan özəl fotosunu sizə təqdim edirik. (sportinfo.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ