İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalanın mərkəzində böyük tikinti - VİDEO

Neftçala şəhərinin mərkəzində kanalizasiya kollektorunun tikintisi aparılır.

Musavat.com xəbər verir ki, tikinti ağır şəraitdə keçir. Torpaq boş olduğu üçün, 5-6 metr dərindən xüsusi üsulla qazılır və borular düzülür. Əks halda, tikinti aparmaq mümkün olmaz. Neftçalada uzunluğu 140 kilometr kanalizasiya xətti mövcuddur. Bunun cəmi 10 kilometri çəkilib. Bu il başlanan tikinti gələn il yekunlaşacaq. Növbəti mərhələdə təmizləyici qurğu da tikiləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR