İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nə qədər ağlayıb, yalvardım"

"Atam oxumağa icazə vermirdi, o dövrdə çətin idi. Hər ailədə buna icazə vermirdilər. Atamın mənə səhnəyə çıxmağa icazə verməsi möcüzə idi".

Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Günə bax" verilişində deyib.

Müğənni atası, mərhum yazıçı Çingiz Ələkbərzadənin ona qoyduğu qadağadan danışıb:

"Evdə bacım, anam və mən nə qədər ağlayırdıq, yalvarırdıq. Deyirdim, oxumasam yaşaya bilmərəm. Evdə nə qədər oxuyurdum, atam qapını açıb dedi ki, Allah qızıma istedad verib, əlindən ala bilmərəm. Atam anladı ki, mən tanınmaq, səhnə üçün yox, sənəti sevdiyim üçün gəlirəm. Onda icazə verdi. İlk dəfə əlimdən tutub məni Vaqif Gərayzadənin yanına bacım (müğənni Emma Ələkbərzadə - red.) apardı".   (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR