İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlər Kabineti dəmiryol nəqliyyatı barədə QƏRAR VERDİ

Nazirlər Kabineti dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, eləcə də onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Musavat.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Hökumət başçısı həmçinin “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara imza atıb. Qərara əsasən, ixtisas imtahanı aşağıdakı kateqoriyalar üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:

“Eq” - Elektrik qatarı;

“Dz” - Dizel qatarı;

“E” - Elektrovoz;

“T” - Teplovoz;

“Lm” - Lokomobil;

“M/Dr/Mk” - Motovoz/Drezin/Maşın kompleksi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR