İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

"Azərbaycan və Ermənistan arasında mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir, bu il də proses davam edəcək".

Musavat.com bildirir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Növbəti belə görüşün tarixi hələ bəlli deyil", - deyə nazir qeyd edib.

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən də danışıb:

"Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə danışıqlar hələ də davam edir. Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə davamlı kommunikasiyanın yaradılması məqsədilə addımlar atır. Ermənistanla dörd ilə yaxın davam edən danışıqlar nəticə verməyib. Ona görə də Araz çayı üzərindən İran ərazisi ilə körpü tikintisi davam edir. Yəni Zəngəzur dəhlizi məsələsi də gündəmdədir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR