Onlayn ictimai-siyasi qəzet
"İşğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyəli bərpa-quruculuq işləri aparılır. Xüsusilə də mədəniyyət sahəsində aparılan bərpa-quruculuq işləri intensiv həyata keçirilir. Bunların əsas istiqamətlərindən biri də kitabxanaların bərpasıdır.
Musavat.com xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli bu gün keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir bildirib ki, doğma yurdlarına qayıdan insanların həmin yerlərdə əsas fəaliyyət istiqamətlərindən biri də kitablara əlçatanlığının təmin edilməsidir.
"Ağdamda yaradılan "İmarət kompleksi"ndə kiçik də olsa, kitabxana fəaliyyəti var. Həmin ərazilərdə artıq kitab işi canlanıb və gələcəyə doğru ciddi layihələrimiz var. Mədəniyyət infrastrukturu istiqamətində həmkar dövlət qurumlarında işlər aparılır və əminik ki, çox qısa zamanda peşəkar kitabxanaların da fəaliyyəti bütün oxuculara təqdim ediləcək", - deyə nazir diqqətə çatdırıb.
Afaq Mirayiq,
Musavat.com
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ