Onlayn ictimai-siyasi qəzet
Kolumbiyanın şimal-qərbində baş verən dəhşətli aviasiya qəzası nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, “Pacifica Travel” şirkətinə məxsus kiçik sərnişin təyyarəsi, Antiokia departamentinin sıx meşəlik bölgəsində qəzaya uğrayıb.
Yanvarın 8-də itkin düşən təyyarənin axtarışları nəticə verdikdən sonra xilasedicilər iki ekipaj üzvü və səkkiz sərnişinin olduğu təyyarənin qalıqlarını aşkar ediblər. Rəsmilər hadisənin səbəblərini araşdırmaq üçün əraziyə mütəxəssislər cəlb edib.
Hadisə bölgədə sarsıntıya səbəb olub və Kolumbiya hökuməti aviasiya təhlükəsizliyi ilə bağlı təcili tədbirlər görməyə çağırılıb. Təyyarənin qəfil itməsi və faciəvi sonluğu təyyarə təhlükəsizliyinə dair yeni müzakirələri də gündəmə gətirib.
Musavat.com
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ