İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Vaqif Axundovun qardaşı oğlunu rəis vəzifəsindən AZAD ETDİ

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi təqaüdə göndərilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Abdulrəhim oğlu Axundovu öz ərizəsi işdən azad olunaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, Mehman Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur.

Mehman Axundov 21.06.1970-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Ailəlidir. 2 övladı var.

Onu da qeyd edək ki, FHN-nin Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR