İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir MÜHÜM XƏBƏRİ AÇIQLADI: yaxın 3 ildə Azərbaycanda...

2027-ci ilə qədər Azərbaycanda 2,8 milyard ABŞ dolları məbləğində xarici və yerli investisiya hesabına 2 QVt gücündə sənayemiqyaslı 8 günəş və külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması planlaşdırılır ki, bu da Azərbaycanın "yaşıl enerji" cığırı ilə sürətlə irəlildiyini, bu prosesin artıq geriyədönməz olduğunu göstərir.

Musavat.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Növbəti illərdə elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, "yaşıl enerji" növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur", - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR