İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: İsrail Azərbaycanla avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev sosial şəbəkədəki rəsmi səhifəsində paylaşım edib.

Görüşdə İsraildə şəhər nəqliyyatının idarə edilməsi də daxil olmaqla avtomobil və dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edildi, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.

Eyni zamanda qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Həmçinin, Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR