İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir general Raul Zeynalovun yerinə onu təyin etdi - FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Məlumata görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin 1-ci müavini-qərərgah rəisi general-mayor Raul Zeynalov bir müddət öncə işdən çıxarılmışdı.

Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Son təyinata qədər onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi.//Manset.az


 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR