İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin köhnə “Mercedes”i 25 milyon tengəyə satılır

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin 1993-cü il istehsalı olan zirehli "Mercedes-Benz S-Class" markalı avtomobili satışa çıxarılıb və bu maşın eyni yaşda olan oxşar avtomobillərdən altı dəfə baha alına bilər.

Musavat.com Qazaxıstan mediasına istinadən xəbər verir ki, avtomobil bir neçə detalı ilə diqqəti cəlb edir. Sedanın iddia edilən yürüşü 29 ildə cəmi 37 930 kilometrdir.

Hazırkı sahibinin sözlərinə görə, o, əvvəllər 01 KZ dövlət nömrəsi daşıyıb və Nursultan Nazarbayevə məxsus olub. Avtomobil satışına dair elanlar yerləşdirilən saytda elan yerləşdirən şəxs öz sözlərini qeydiyyat bazasından skrinşotla, eləcə də Qazaxıstanın keçmiş prezidentinin “Mercedes”lə arxiv fotosu ilə təsdiqləyir.

Avtomobilin hazırkı sahibi maşına 25 milyon tenge qiymət qoyub. Bu, Azərbaycan manatıyla təxminən 90 min manat edir.

4456.jpg (91 KB)

33.jpg (77 KB)

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR