İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin dövlət mühafizəsi ləğv edilir

Qazaxıstan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti ölkənin birinci prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyinə cavabdeh olmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Open NPA portalında dərc olunan müvafiq fərman layihəsində qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidməti birbaşa Qazaxıstan prezidentinə tabedir və onun təhlükəsizliyini təmin edir.

Fərman layihəsinin əvvəlki redaksiyasında dövlət tərəfindən mühafizə olunan şəxslərin arasında Qazaxıstan Respublikasının ilk prezidenti Elbaşı da var idi.

Qeyd olunur ki, dəyişikliklər “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun ləğvi ilə əlaqədar edilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR