İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanla sərhəddə Ermənistan və Amerika bayraqları qaldırıldı

Ermənistanın işğalı altında qalan Kərki kəndi ilə Naxçıvan arasında yerləşən Arazdəyəndə metallurgiya zavodu inşa edən Ermənistan bu gün saat 13:00-da zavod ərazisində ABŞ bayrağını qaldırıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edək ki, metallurgiya zavodu ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinin investsiyası hesabına inşa edilir. Belə bir zavodun Arazdəyəndə inşa edilmə planı Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivinin önünü kəsməyə hesablanıb. Çünki ABŞ öz şirkətlərinin investisiya qoyduğu ərazilərdə hərbi gərginliyin olmasının əleyhinə çıxır. İrəvan da məhz ABŞ investisiyasını Arazdəyənə gətirməklə Azərbayanın Kərki ilə bağlı mümkün planlarının önünü kəsməyi düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR