İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iki idarəsinin külli miqdarda vergi borcu yaranıb.

Musavat.com xəbər verir ki, Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinin bu gün üçün vergiyə yaranmış borcu 7 milyon manatdır.

Komitənin 7 ərazi sektorundan yalnız Babək Rayon İdarəsinin vergi borcu. İdarənin bu gün üçün vergi borcu isə 308 min manatdır.

Qeyd edək ki, komitənin idarələrində yaranmış vergi borcları Vasif Talıbovun hakimiyyətdə olduğu dönəmə aiddir. Lakin bu günə qədər ödənilməsi ilə bağlı heç bir addım atılmayıb.

Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra isə komitəyə yeni sədr təyin edilib.

2023-cü ilin yanvar ayında İlqar Hacıbala oğlu Sadıqov Dövlət Komitəsinə sədr təyin edilib.

Qeyd edək ki, Dövlət Komitəsi ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir. Komitə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir. Həmçinin muxtar respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılması, bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etmək, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR