Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Naxçıvan MR Ali Məclisinə deputatlığa namizədliyini irəli sürüb.
Musavat.com Manset.az-a istinadən xəbər verir ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar Məmmədov 41 saylı Ordubad şəhər seçki dairəsindən namizədliyini irəli sürüb. O Ali Məclisin deputatı olmaq üçün mübarizə aparacaq.
Bildirək ki, Bəxtiyar Məmmədov Bakıdan Naxçıvana SOCAR-ın Neft emalı zavodunun direktoru vəzifəsindən azad edilərək göndərilmişdi.
Qeyd edək ki, Bəxtiyar Məmmədovun Baş nazirin müavini kimi yüksək bir postdan Ali Məclisə deputatlığa namizədliyini irəli sürməsi suallar doğurub. Onun böyük ehtimalla belə yüksək postdan Ali Məclisə deputat seçkilərində iştirak etməsi gələcəkdə Vasif Talıbovun yerinə sədr olacağı ehtimalını artırır.
ŞƏRHLƏRŞƏRH YAZ