İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Ali Məclisi toplandı – ŞOK qərarlar olacaq – Heydər Oğuzla “Canlı debat”

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının iclası keçirilir.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb. Saat 11:00-da başlanan sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Bu gün Vasif Talıbov və oğlu Seymur Talıbovun mandatının ləğv ediləcəyi, eyni zamanda Ali Məclisin də buraxılacağı gözlənilən xəbərlər sırasındadır. Nələr olacaq? Naxçıvanla bağlı gedən proseslər bu mərhələdə yekunlaşacaqmı?

Bu və gündəmdəki bir çox sualları bu gün ovqat.com saytının baş redaktoru Heydər Oğuzla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR