İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnıdan İLK: Krım Ukraynaya qaytarılsın, Ukraynaya təzminat ödənsin

Rusiya müxalifətinin lideri, hazırda Vladimir vilayətində cəzaçəkmə müəssisədində cəzasını çəkən Aleksey Navalnı ilk dəfə Rusiyanın gələcəyi və Ukrayna ilə savaşa aid rəsmi fikirlərini dilə gətirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, siyasətçinin rəsmi saytında və sosial şəbəkələrdə onun adından Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümünə həsr olunmuş 15 bəndlik mətn dərc edilib. Mətndə deyildiyi kimi, bu, “Navalnının siyasi platformasının xülasəsidir”.

Burada Navalnı ilk dəfə açıq şəkildə ilhaq edilmiş Krımın Ukraynaya qaytarılmasını tələb edir, həmçinin Kiyevə təzminat ödənilməli və Rusiyanın Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərin araşdırılmalı olduğunu bildirir.

O, həmçinin Rusiyanın inkişafı üçün parlamentin rolunu gücləndirəcək yeni konstitusiyanın qəbul edilməsinin tərəfdarı olduğunu yazıb.

Navalnının sözlərinə görə, prezident Putin “gülünc bəhanələrlə Ukraynaya qarşı ədalətsiz təcavüzkar müharibəyə başlayıb”. Müxalifətçi hesab edir ki, Putin Rusiya vətəndaşlarının əksəriyyətinin dəstəyini ala bilməyib:

“Bu müharibədə könüllülər demək olar ki, yoxdur, ona görə də Putinin ordusu məhbuslara arxalanıb və onlar zorla səfərbər olunublar”, - deyə, o vurğulayıb. Navalnının sözlərinə görə, “Rusiya hərbi məğlubiyyətə uğrayır”.

Navalnı 1991-ci ildən Ukrayna və Rusiya sərhədlərinə qayıtmağı təklif edir ki, bu da Krımın və ilhaq edilmiş digər ərazilərin Ukraynaya qaytarılması deməkdir. Həmçinin, Navalnının sözlərinə görə, “Ukrayna, ABŞ, Avropa İttifaqı və Britaniya ilə birlikdə Ukraynaya dəyən zərərin ödənilməsinin məqbul yollarını axtarmaq lazımdır”.

Navalnı rus xalqının imperialist kimi səciyyələndirilməsi ilə razılaşmır və hesab edir ki, imperiya şüurunun daşıyıcılarına azad seçkilərdə qalib gəlmək mümkündür. Navalnının fikincə, “RusiyaAvropanın bir hissəsi olmalı və Avropanın inkişaf yolu ilə getməlidir. “Bizim başqa yolumuz yoxdu və bizə başqa yol dada lazım deyil", - deyə, müxalifətçi yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR