İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı söyüş söymək üstündə “karser”ə salındı


Vladimir vilayətindəki koloniyalardan birində cəza çəkən müxalif siyasətçi Aleksey Navalnı 9-cu dəfə cərimə kamerasına salınıb. Həbsxana rəhbərliyi bu dəfə onun söyüş söydüyünü bildirib.

Musavat.com xəbər verir ki, bu barədə siyasətçinin teleqram kanalında məlumat verilib.

Navalnı kamera yoldaşı ilə söhbətində nalayiq söz işlətdiyinə görə 12 sutkalıq cəza kamerasına salınıb. Onun “karser”də keçirdiyi əvvəlki cəza (pencəyinin olmaması səbəbindən) dekabrın 12-i bazar ertəsi başa çatmışdı.

Aleksey Navalnı 2022-ci ilin iyun ayından Vladimir vilayətində sərt rejimli koloniyada cəzasını çəkir. O, avqust ayında məhbuslar üçün həmkarlar ittifaqı yaradıldığını elan etdikdən və koloniyadakı şəraitə etiraz etməyə başlayandan sonra müxtəlif bəhanələrlə əlavə cəzalara məruz qalmağa başlayıb. Navalnının “karser”ə göndərilməsinin səbəbləri arasında “düymənin açılmaması”, “hasarın təmizlənməsindən imtina” da olub.

Noyabrın ortalarında Navalnının daha sərt rejimli kamera tipli otağa (PKT) yerləşdirildiyi məlum olub.

Qeyd edək ki, müxalif siyasətçi orada altı aya qədər saxlanıla bilər, bu müddət ərzində isə onun sadəcə bir qısa görüş  hüququ var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR