İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı ilə bağlı BƏD XƏBƏR

Rusiya müxalifətinin lideri Aleksey Navalnı asayişi qəsdən pozmaqda təqsirli bilinərək 6 ay müddətinə daha sərt rejimli kameraya köçürülür. 6 ay sərt kamera rejimi cəzaçəkmə müəssisələrində maksimum müddət sayılır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Navalnının komandası məlumat yayıb.

Navalnının tərəfdarları həmçinin bildiriblər ki, müxalifətçi sətəlcəmdən düzgün olmayan şəkildə müalicə olunub. Həmin vaxt ona “əks təsirləri olan böyük dozada antibiotiklər” yeridiblər. Bu səbəbdən siyasətçi mədə ağrıları keçirib və o, 7 kiloqram arıqlayıb.

Əslində, Navalnı bu gün yarım il ərzində 11-ci dəfə yerləşdirildiyi cəza kamerasını (“karser” - red.) tərk etməli idi. Buna səbəb müxalifətçinin guya koloniya zabitinə özünü yanlış təqdim etməsi olub. Navalnı hər dəfə normal rejimə buraxıldıqdan dərhal sonra “karser”ə geri qaytarılır.

Araşdırmaçıların sözlərinə görə, koloniya rəhbərliyi mütəmadi olaraq müxalifət məhbusunun həyatını daha da pisləşdirməklə bağlı iclaslar keçirir. Bundan əvvəl koloniyanın administrasiyası Navalnını qəddar qanun pozucusu kimi tanıyıb. O, sərt rejimli kameraya göndərilməsi ilə bağlı əvvəlki qərarlardan məhkəmələrə şikayət etməyə cəhd göstərib. Siyasətçi orada yaradılmış şəraitin işgəncə olduğunu və ona tibbi yardım göstərilmədiyini bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR