İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ölkəsinə BÖYÜK ŞOK - 2025-ci ilə qədər...

Almaniya ordusu 2025-ci ilə qədər NATO-da vəd etdiyi öhdəlikləri həm şəxsi heyət, həm də texnika çatışmazlığı səbəbindən yerinə yetirə bilməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Qəzet Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Alfos Maisin Baş Qərargah rəisinə göndərdiyi 14 səhifəlik hesabatla bağlı hesabat yayıb.

0 (94).jpg (91 KB)

"Bütün səylərə baxmayaraq, ordu yalnız 2025-ci ilə qədər məhdud bir əməliyyat hazırlığı qura biləcək" - Mais deyib.

Sözügedən hesabatda ordunun 2025-ci ildə arzu olunan sistemlərlə tam təchiz olunmayacağına diqqət çəkilib.

Hesabatda tədbir görülmədiyi təqdirdə şəxsi heyətin və materialların tükənəcəyi vurğulanıb və bu səbəbdən müdafiə büdcəsinin davamlı olaraq artırılması çağırışı edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR