İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ölkələri Stoltenberqin müddətini uzatmaq istəyir - baş katibə varis axtarılır

NATO-ya üzv ölkələr alyansın baş katibi Yens Stoltenberqin varisinin namizədliyi ilə bağlı razılığa gəlməkdə çətinlik çəkdiyi üçün onun səlahiyyət müddətinin uzadılması variantına meyllidirlər.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Stoltenberqlə mandatının sentyabrın 30-na qədər uzadılması imkanını müzakirə edən yüksək rütbəli qərb diplomatı deyib: "Davamlılıq maraqları baxımından məntiqlidir". Nəşr yazır ki, Stoltenberqin səlahiyyətlərinin uzadılması NATO üzvü olan ölkələr üçün onun varisi gələn ilin əvvəlində seçilənə qədər qısamüddətli kompromis variant ola bilər.

Qəzetin qeyd etdiyi kimi, alyansın hazırkı baş katibinin səlahiyyətlərinin uzadılması variantı ona görə yaranıb ki, hərbi blokun yeni rəhbəri postuna iki əsas namizəd var. Onlardan biri Danimarkanın baş naziri Mette Frederiksen digəri Böyük Britaniya müdafiə naziri. Ben Villicdir. Alyans üzvləri seçim edə bilmirlər.

Qəzetin yazdığına görə, bir sıra alyans ölkələri NATO-nun baş katibi postuna ilk dəfə qadının təyin olunmasının tərəfdarıdır, digərləri isə alyansın başında Şərqi Avropanın nümayəndəsini görmək istəyir.

Ən böyük NATO üzvü ölkələr, o cümlədən ABŞ hesab edir ki, baş katib postunu blokun bütün üzvlərinin gözündə daha çox nüfuza malik olan keçmiş və ya indiki hökumət başçısı tutmalıdır. Qəzetin mənbələri əlavə edib ki, Fransa və Almaniya hələ də Frederiksenin namizədliyinə meyl edir, lakin ABŞ prezidenti Co Bayden iyunun 5-də Vaşinqtonda onunla görüşdə “tam dəstək” ifadə etməyib.

Stoltenberqin özü, nəşrin vurğuladığı kimi, gələcəyi ilə bağlı aydınlığın olmamasından narazıdır. Qəzet yazır ki, eyni zamanda onun Brüsseldəki komandasının üzvləri artıq öz ölkələrinə qayıtmağa hazırlaşmağa başlayıblar.

Stoltenberq 2022-ci il oktyabrın 1-də istefa verməli idi, lakin həmin ilin martında alyans ölkələrinin liderləri sammitdə onun mandatını 2023-cü il sentyabrın 30-na kimi uzatmaq qərarına gəliblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR