Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olan dövlətlərin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı tələb edəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Amerika lideri bazar ertəsi axşam Ağ Evin oval kabinetində jurnalistlərlə söhbətində bunu təsdiqləyib.
“NATO daha çox pul ödəməlidir. NATO 5% ödəməlidir”, - Tramp vurğulayıb. O, əvvəllər də bu mövzuda danışıb.
Hələ ötən il Avropa ölkələrində Trampın bu cür bəyanatlarının NATO-nun mövcudluğuna təhlükə kimi qiymətləndirirdilər.
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ