Onlayn ictimai-siyasi qəzet
NATO ölkələri öz hərbi xərclərini ÜDM-in 3 faizi və ondan yuxarı səviyyəyə qədər artırmalı olacaqlar.
Musavat.com xəbər verir ki, bunu Praqada keçirilən illik Globsec təhlükəsizlik konfransında çıxış edən NATO baş katibinin müavini Anqus Lapsley deyib
Onun fikrincə, NATO ölkələri bunu edə bilər, çünki “bu, soyuq müharibə dövründəki hərbi xərclərdən xeyli azdır”:
“Bu gün üzləşdiyimiz təhdidli ssenariləri nəzərə alsaq, əksər NATO ölkələri hərbi potensiallarını həqiqətən artırmaq istəyirlərsə, onda hərbi xərclərini ÜDM-in 3 faizindən daha çox (bu, hazırda NATO-nun hədəfidir – red.) artırmalı olacaqlar”.
Eyni zamanda Lapsli hərbi xərclərin səviyyəsini razılaşdırmaq üçün NATO çərçivəsində müttəfiq ölkələrin maliyyə nazirlərinin müntəzəm görüşlərinin keçirilməsi ideyasını dəstəkləməyib.
Xatırladaq ki, 2018-ci ildə Brüsseldə keçirilən NATO sammitində Tramp Avropa ölkələrinin hərbi xərclərini ÜDM-in 3 faizinə deyil, 4 faizinə çatdırmağı tələb edib. Hər bir NATO ölkəsinin hərbi xərclərini ÜDM-in 3 faizinə çatdırmaq məqsədi alyans tərəfindən 2014-cü ilin sentyabrında Uelsdə keçirilən NATO sammitində, yəni Ukraynada açıq müharibənin başlamasından 8 il əvvəl qoyulmuşdu. 2024-cü ilə qədər NATO ölkələrinin üçdə ikisi bu məqsədə nail olub - 32-dən 23-ü.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ