İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun keçmiş baş katibi Azərbaycana nifrətini gizlətmir

Danimarkanın keçmiş baş naziri və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) eks-baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi, keçmiş baş nazirlər, parlamentarilər və diplomatların daxil olduğu yüksək səviyyəli “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup hesabat hazırlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hesabatda Ermənistanla Avropa İttifaqı arasında münasibətlər, onların daha da gücləndirilməsinin zəruriliyi, Ermənistanın təşkilata yekun üzvlüyü, Cənubi Qafqazdakı vəziyyət və “Ermənistana qarşı təhdidlər”dən bəhs olunur.

Hesabat müəllifləri Ermənistana qarşı “mövcud problemləri və təhdidləri nəzərə alaraq” Avropa İttifaqının atmalı olduğu addımları və hərəkətləri vurğulayıblar.

Onların fikrincə, cəsarətli addımlar atmağın və Ermənistan Respublikasına əhəmiyyətli dəstək vermənin vaxtı çatıb. Sənəddə Azərbaycana qarşı qərəzli ittihamlar da yer alıb. Burada Avropa İttifaqının Ermənistana hərbi dəstək göstərməsinin vacibliyi vurğulanıb. Sənəd müəlliflərinə görə, bu həm Bakı, həm də Ankaraya ciddi siqnal da ola bilər.

Ermənistanın KTMT-yə üzvlüyünə gəlincə, müəlliflər qeyd ediblər ki, bu, təhlükəsizlik baxımından Ermənistan üçün o qədər də dəyərli deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR