Onlayn ictimai-siyasi qəzet
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın administrasiyasına Venesuela, Haiti, Kuba və Nikaraquadan olan 500 mindən çox immiqrantın ABŞ-da qanuni olaraq qalmasına icazə verən hüquqi statusu ləğv etmək üçün icazə verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumat məhkəmənin qərarında yer alıb.
Qərarda vurğulanır ki, Ali Məhkəmə icra hakimiyyətinin ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyasının başlatdığı müvafiq proqramın ləğvi ilə bağlı vəsatətini təmin edib.
Bundan əvvəl aşağı məhkəmələr Vaşinqtonun dörd Latın Amerikası ölkəsindən olan 532 min miqranta verilmiş müvafiq hüquqi statusu ləğv etmək cəhdini rədd etmişdi. Məhkəmələr müəyyən edib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hər bir konkret iş üzrə lazımi təhlil aparmayıb. Ali Məhkəmənin qərarı Əfqanıstan və Ukrayna kimi digər ölkələrin vətəndaşlarının hüquqi statusunu ləğv etmir.
Ləğv olunan proqrama əsasən Venesuela, Haiti, Kuba və Nikaraquadan olan miqrantlar Birləşmiş Ştatlarda zamin tapa bilsələr, ABŞ-a daxil olmaq üçün əvvəlcədən müraciət edə və iki il müddətində etibarlı iş icazəsi ala bilərlər. Proqram respublikaçılar tərəfindən kəskin tənqid edilmişdi.
İcra hakimiyyətinin təxminən 300 000 venesuelanı deportasiya etməsinə mane olan aşağı məhkəmə qərarını ləğv etdikdən sonra Ali Məhkəmə ikinci dəfədir ki, immiqrasiya məsələsində Trampın tərəfini tutur.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ