Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, 22 yaşlı hamilə qadın hamiləliyinin ikinci ayında olarkən geniş miqyaslı ürək infarktı keçirib. Bu zaman onun yaxınları Bakının müxtəlif klinikalarına və tanınmış həkimlərinə müraciət etsələr də, heç kim riskli vəziyyətə müdaxilə etməyə cəsarət etməyib.
Yalnız tanınmış ürək-damar cərrahı, professor Firdovsi İbrahimov bu ağır tibbi vəziyyəti üzərinə götürərək pasiyenti müalicəyə qəbul edib. Musavat.com-un əldə etdiyi məlumata görə, həkim ürək damarlarını açmaq üçün təcili müdaxilə həyata keçirib, infarktın təsirini minimuma endirib və pasiyentin ürəyini zədələnməkdən qoruyub.
Ən diqqətəlayiq məqamlardan biri isə budur ki, Firdovsi İbrahimov cəsarətli qərar qəbul edib, hamiləliyin sonlandırılmasına imkan verməyib. Əksinə, həm qadının, həm də körpələrin həyatını eyni anda qorumağa çalışaraq hamiləliyin davam etdirilməsinə şərait yaradıb.
Pasiyentin və ailəsinin maddi imkanları zəif olduğundan, professor Firdovsi İbrahimov yalnız həkim kimi deyil, həm də sosial məsuliyyət daşıyan bir şəxs kimi davranaraq bütün məsuliyyəti üzərinə götürüb. O, rəhbərliyində təmsil olduğu Mərkəzi Klinik Xəstəxananın imkanlarından istifadə edərək 6 ay boyunca qadına tam tibbi nəzarət təşkil edib.
Nəticədə hamiləlik uğurla davam etdirilib və 8-ci ayda, “Yeni Klinika”da keçirilən qeysəriyyə əməliyyatı ilə əkiz oğlan uşaqları dünyaya gəlib. Ailə öz minnətdarlığını ifadə etmək məqsədilə uşaqlara Firdovsi və İbrahim adlarını verib.
Musavat.com -un redaksiyasına daxil olan kiçik və mütəvazi video - rolikdə bu barədə doktor İbrahimov da qısa məlumat verir. Lakin xeyir -dua və yekun xarakterli bu video parça daramatik və cidid bir tibbi savaşın kiçicik, həm də pozitiv icmalıdır. Baş verən hadisə həm Azərbaycan, həm də dünya tibbində çox nadir rast gəlinən hallardan biri hesab olunur. Çünki hamiləliyin belə ağır ürək infarktı fonunda saxlanılması və uğurla başa çatdırılması çox nadir tibbi təcrübələrdə yer alır.
Musavat.com bu hadisəni və təsadüfən redaksiyamıza gəlib çatmış video parçanı oxucularına təqdim edir. Azərbaycan tibb tarixində bir ilk olan bu uğurlu müdaxilə ilə ölkənin tanınmış kardioloqu, ürək-damar cərrahı, professor Firdovsi İbrahimovun adını da bir daha diqqətə çatdırır.
Bu barədə Musavat.com yaxın günlərdə xüsusi reportaj hazırlayacaq.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ