İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan Ukraynaya ŞƏRT: Qələbə qazanmasa...

“Biz Vilnüs sammitində Ukraynanın NATO-ya üzv olması üçün rəsmi dəvəti müzakirə etməyəcəyik. Sammitə hazırlıq prosesində də bunu müzakirə etmirik”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Almaniya kansleri Olaf Şoltsla mətbuata birgə bəyanatı zamanı bildirib.

O, Ukraynanı NATO-ya yaxınlaşdıracaq addımların müzakirə edildiyini diqqətə çatdırıb: “Bu müzakirələr davam edir və mən bunun yekunu ilə bağlı əvvəlcədən məlumat verəcək mövqedə deyiləm. NATO müttəfiqləri razılaşır ki, alyansın qapısı açıqdır, biz iki ölkəni - İsveç və Finlandiyanı dəvət edərək bunu sübut etmişik. Biz həmçinin 2008-ci ildə Buxarestdə olduğu kimi, yenə də razılaşırıq ki, Ukrayna NATO-nun üzvü olacaq. Biz razılaşırıq ki, Ukraynanın NATO-ya dəvət olunması üçün doğru zaman barədə qərar verən tərəf Rusiya deyil, bu, Ukrayna və NATO müttəfiqlərinin üzərinə düşür. Lakin hazırkı məqamda biz inanırıq ki, ən vacib vəzifə Ukraynanın Avropada müstəqil, demokratik və suveren ölkə kimi qələbə çalmasıdır. Ukrayna qələbə qazanmayanadək üzvlüklə bağlı müzakirələr də mümkün deyil”.

Almaniya kansleri Şolts da bildirib ki, Buxarestdə razılaşdırılan qərar qüvvədədir: “Mən də düşünürəm ki, biz hazırda Ukraynanın özünü müdafiəsinə fokuslanmalıyıq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR