İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan Türkiyə açıqlaması- Yeni qərar elan edildi

NATO zəlzələ fəlakəti ilə mübarizə aparan Türkiyədə sığınacaq obyektlərinin yerləşdiriləcəyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, NATO-nun yazılı bəyanatında deyilir ki, müttəfiqlər fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində evlərini tərk etmiş insanlara sığınacaq vermək üçün tam təchiz olunmuş yarıdaimi sığınacaq obyektlərinin yerləşdirilməsi barədə  razılaşıblar. Bu prosesə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Q.Kavolinin rəhbərlik edəcəyi bildirilib.

 Bildirilib ki, bu sığınacaq obyektləri adətən NATO tərəfindən təlimlər və əməliyyatlar üçün yerləşdirilə bilən qərargah kompleksi kimi istifadə olunur və istilik, elektrik generatorları, tibbi müalicə sahələri də daxil olmaqla bir sıra şəraitlə təchiz oluna bilər.

Alyansın hərbi səlahiyyətlilərinin obyektlərin yerləşdirilməsi üçün ən uyğun logistika və nəqliyyat variantları üzərində çalışdıqları da bildirilib.

NATO baş katibi Yens Stoltenberq mövzu ilə bağlı açıqlamasında qərarı alqışladığını bildirib: “NATO müttəfiqimiz Türkiyə ilə güclü həmrəylik içərisindədir və bu sığınacaq obyektlərinin yerləşdirilməsi insanların həyatını xilas etməyə kömək edəcək. NATO müttəfiqləri və tərəfdaşları yardım səylərinə əhəmiyyətli dəstək verirlər və biz ehtiyacı olanlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik” deyib.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR