İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan ŞOK Rusiya AÇIQLAMASI - Baxmut yaxınlığında...

NATO kəşfiyyatı Baxmut yaxınlığında rus qoşunlarının itkilərinin dəhşət ölçülərdə olduğunu müəyyənləşdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bundan əvvəl ABŞ mənşəli Müharibə Araşdırmaları İnstitutu və Ukrayna quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Rusiya ordusunun böyük itkiləri barədə məlumat vermişdi. Bununla belə, Müharibə Tədqiqat İnstitutu təsbitlərinə görə, Baxmut yaxınlığındakı hərbi qarşıdurma daha bir neçə ay davam edə bilər.

ABŞ müdafiə naziri Lloyd Ostinin fikrincə, rus qoşunları Baxmutu tuta bilsələr belə, bu, müharibədə dönüş nöqtəsi olmayacaq. Onun sözlərinə görə, Baxmut “strateji və ya əməliyyat əhəmiyyətindən çox simvolik əhəmiyyətə malikdir” və “onun bu və ya digər tərəfin nəzarətinə keçməsi həlledici üstünlük anlamına gəlmir”.

Baxmut yaxınlığında döyüşlər təxminən altı aya yaxındır ki, davam edir. Müharibədən əvvəl Donetsk vilayətinin bu şəhərində 70 minə yaxın insan yaşayırdı. İndi o, praktiki olaraq xarabalığa çevrilib. Rusiya komandanlığı və Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin son vaxtlar Baxmutun mühasirəyə alınması və müqavimətin qırılması barədə bir neçə dəfə məlumat verib. Ukrayna tərəfi isə şəhəri müdafiə etməyə davam etdiyini bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR