İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baş katibi: Biz hamımız Ukraynadakı müharibənin bitməsini istəyirik

Ukraynanın öz torpaqlarını azad etmək hüququ var. Hazırda Ukraynanın əks-hücumu davam edir.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Almaniya Kansleri Olaf Şoltsla mətbuata birgə bəyanatı zamanı bildirib.

“Ukraynanın döyüş meydanında daha çox qələbə qazanması onun əlini müzakirə masasında daha da gücləndirəcək. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Lakin ədalətli sülh münaqişəni dondurmaq və Rusiya tərəfindən diktə edilmiş razılaşmanı qəbul etmək demək deyil. NATO bu münaqişədə tərəf deyil. Biz BMT Nizamnaməsində də qeyd olunduğu kimi, özünümüdafiə hüququnun gücləndirilməsi üçün Ukraynanın yanında dayanırıq”, - Baş katib qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR