İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikin təsiri altında özünü körpüdən atdı - ŞOK VİDEO

İstanbulda baş verən faciəvi hadisə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Musavat.com xəbər verir ki, narkotik maddələrin təsiri altında olduğu ehtimal edilən bir gənc körpüdən magistral yola tullanaraq həyatını itirib.

Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb. Kadrlarda gəncin körpü üzərində qeyri-sabit hərəkətlər etdiyi və qəfildən özünü yola atdığı görünür.

Hadisə ilə bağlı yayılan ilkin məlumatlara görə, gəncin halüsinasiya gördüyü və huşunu itirdiyi ehtimal edilir.

Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Gəncin şəxsiyyəti və narkotik maddə təsiri altında olub-olmaması ekspertiza nəticəsində müəyyənləşəcək.

Hadisə ilə bağlı araşdırma davam edir.

Musavat.com

HABER.00_00_46_13.Still054

HABER.00_00_45_47.Still053

HABER.00_00_30_27.Still051

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR