İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir nəfər ifşa olunub

Narkotik maddənin təsiri altında maşın idarə edən şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Belə ki, “Mercedes” markalı, 99-UH-107 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəşad Həsənov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücü R.Həsənovun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı onun narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Həsənovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bu gün Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi DAF markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün saxlanılıb. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR