İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik maddə ticarəti edən 6 nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir Rzayev saxlanılıblar. Bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər.

DİN-dən Musavat.com-a verilən məumata görə, əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxş zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Aqil Əsgərov ifadəsində Xırdalan şəhəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər – Amil Talıbov da saxlanlılıb. Həmin şəxsdən isə 1 kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR