İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik kartelləri Kolumbiya Prezidentinin təyyarəsini vurmağı planlaşdırır

Kolumbiya hakimiyyəti narkotik kartellərinin Prezident Qustavo Petronu təyyarəsini vuraraq öldürməyi planlaşdırdığından şübhələnir.

"Report"un məlumatına görə, bunu dövlət başçısı yeni polis rəisi Karlos Triananın vəzifəyə başlama mərasimində deyib.

"General Triana, buna son qoymalısınız. Mən bunun qorxulu olduğunu bilirəm. Bildiyiniz kimi, onlar mənim təyyarəmi narkotik alverçilərinin aldığı raketlə vurmaq istəyirlər. Onların bir yox, iki raketi var və biz onların kim olduğunu bilirik", - Petro deyib.

Prezident hesab edir ki, narkotik kartelləri onu öldürmək istəyirlər, çünki hökumət dünyanın ən böyük mafioz qruplarını təqib edir.

Xatırladaq ki, ötən il iyulun 20-də prezident bayram hərbi paradına təyin olunmuş vaxtdan üç saat gec gəlib. Ertəsi gün dövlət başçısı “X” sosial şəbəkəsində yazıb ki, “ABŞ səfirliyindən alınan məlumatları yoxlamalı” olduğundan gecikib. Avqustun 8-də Kolumbiyanın müdafiə naziri İvan Velaskes səlahiyyətlilərin mümkün sui-qəsd cəhdi ilə bağlı məlumatlara malik olduğunu təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR