İnsanlara hürriyət, millətlərə istiqlal!

Narinin qatilləri ilə bağlı ŞOK AÇIQLAMA: Qaldıqları həbsxanada...

Narin Güran işi üzrə bir neçə gün əvvəl məhkəmə qərarı çıxmışdı. Məhkəmə nəticəsində ana, əmi və böyük qardaş ağırlaşdırılmış ömürlük həbs cəzası almış, Nevzat Bahtiyar isə cinayətdən bəraət qazanaraq yalnız yardım cinayətinə görə 4 il 6 ay həbs cəzasına məhkum edilmişdi.

Məhkəmədən sonra Nevzat Bahtiyarın vəkili Ali Eryılmazın açıqlamaları isə hələ də gündəmdə müzakirə olunmağa davam edir. Əvvəlki açıqlamasında Eryılmaz, “Ya bir etiraf olacaq, ya da bir-birilərini ittiham etməyə başlayacaqlar. İlk ittiham da gəldi. Yüksel ‘Salim etdi’ dedi,” ifadələrini işlətmişdi.

Yenisabah.az xəbər verir ki, Eryılmaz bu dəfə də Yüksel Güran, Enes Güran və Salim Güranın müxtəlif həbsxanalara köçürülməsi üçün müraciət etdiklərini bildirib:

"Narin işi səbəbilə hələ də həbsdə olan Yüksel Güran, Enes Güran və Salim Güranın göstərdiyimiz əsaslarla, təcili şəkildə ölkənin müxtəlif bölgələrindəki digər həbsxanalara köçürülməsi üçün Ədliyyə Nazirliyinə müraciət etdik," deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR