Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaq işi ilə bağlı məhkəmə davam edir.
Narin Güranın məhkəməsində prokuror məsələ ilə bağlı çıxış edib.
Prokuror hadisəni gizlətmək üçün ailə üzvlərinin hər birinin mütəşəkkil hərəkət etdiyini bildirib. O qeyd edib ki, əldə edilən məlumatlar və dəlillər araşdırılarkən müttəhimlərin hadisə günü Narinin atası Arif Güranın evində olduqları müəyyən edilib.
Prokuror uşağı öldürməkdə təqsirli bilinən Narinin əmisi Salim Gürana, anası Yüksel Güran və böyük qardaşı Enes Gürana, həmçinin qızın cəsədini Sıratutmaz dərəsində gizlətdiyini istintaq mərhələsində etiraf edən Nevzat Bəxtiyara ömürlük həbs cəzası istəyib.
Prokuror Türkiyə Cəza Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq müttəhimlərin cəzalarının azaldılmamasını da istəyib. Həmin şəxslər isə ifadələrində özlərini müdafiə ediblər.
Müttəhim Nevzat Bəxtiyar Güran ailəsinin "Niyə Narini öldürdün?" sualına qətiyyətlə cavab verib:
"Mənə böhtan atırlar, Narini qətiyyən öldürməmişəm. Səlim özü mənə dedi. Narinin meyitini götürərkən Səlim onu öldürdüm dedi. Bir anda peşman oldum, Narinin cəsədini basdırdığım yerdən götürüb yolun kənarında qoymaq istədim. Hadisənin həyəcanından niyə və necə öldürdüyünü soruşmadım. Ancaq Tavşantəpə səmtində Səlim Güranın Narinin anası Yüksel Güran və öz dayısının arvadı ilə əlaqəsi olduğu haqda söz-söhbət yayılmışdı”.
Ata Arif Güran sorğu-sual zamanı ondan Narinin görməməli olduğu bir şey gördüyü üçün öldürüldüyü iddiasının əsassız olduğunu bildirib. O, Səlim Güranın qızına pislik edəcəyinə inanmadığını və Səlimin Narini öldürmədiyini deyib.
Narin Güran məhkəməsində çıxış edən Diyarbakır Vəkillər Kollegiyasının sədri Abdülkadir Güleç prokurorun müttəhimlərlə bağlı fikirləri ilə razılaşdıqlarını qeyd edib: "Məqsədimiz Narinin qatillərini ortaya çıxarmaqdır. Biz də, Arif bəy də eyni şeyi istəyirik, Narinin niyə və kim tərəfindən öldürüldüyünü tapmaq istəyirik”. (Publika.az)
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ