İnsanlara hürriyət, millətlərə istiqlal!

"Namiq Bakinski"nin adamı HƏBS EDİLDİ

Rusiyanın Kamçatka diyarında qanuni oğru "Lotu Quli"nin (Nadir Səlifov) qardaşı "Namiq Bakinski"nin tapşırıqlarını yerinə yetirən kriminal rəhbəri Elşad Quliyev saxlanılıb.

Unikal.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilir ki, Quliyev cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda ittiham olunub. Belə ki, Elşad Quliyev öən ilin payızında "Bakinski"dən xüsusi tapşırıq alaraq Kamçatkaya yollanıb.

"2021-ci ilin payızında "Namiq Bakinski" ona Kamçatkaya getməyi və bölgədəki fəaliyyəti “dondurmaq” üçün yerli kriminal rəhbəri ilə danışıqlar aparmağı tapşırıb", - KİV yazıb.

“Avşak” statusu alan Quliyev “obşçak”ın nəzarətinə keçib. O, Kamçatkada kriminal mühitdə mübahisələrin həllində “üçüncü tərəfin hakimi” kimi çıxış edib.

Hazırda Quliyev hədə-qorxu ilə tələb etmə işi üzrə istintaq təcridxanasında istintaqa cəlb olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR