Onlayn ictimai-siyasi qəzet
Qax şəhəri, 28 May küçəsində yerləşən Mərkəzi Cümə məscidində axundu vuran şəxsə hökm oxunub.
Hadisəyə görə 1978-ci il tarixdə Qax rayonunda doğulmuş Nəsimi Zamanov (soyad şərti) saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib.
Məhkəmədə məlum olub ki, Nəsimi Zamanov Qax şəhəri, Mərkəzi Cümə məscidinin axundu (imam) Xəlilov Xəzər Məhəmmədi oğlunu döyüb. Nəsimi məscidə namaz qılmağa gedib. Mübahisəyə səbəb isə namazdan sonra zikr zamanı axundun məscidin pəncərələrini bağlaması olub. Nəsimi havanın isti olduğunu və ibadətlərini hələ başa vurmadıqlarını bildirirək ona etiraz edib.
Nəsimi məscidin içərisində dava salıb və axunda şillə vurub. Xəzər Xəlilov məhkəmədə Nəsimi ilə barışdığını, ondan şikayətinin olmadığını və həbs edilməsini istəmədiyini bildirib.
Məhkəmənin qərarı ilə Nəsimi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 100 manat cərimə edilib.//Qaynarinfo
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ