İnsanlara hürriyət, millətlərə istiqlal!

Naftalan RİH-dən qazinin özünü yandırması ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Naftalanda qazi özünü yandırıb.

Musavat.com-a verilən məlumata görə, özünü yandıran qazi Tağıyev İlkin Həmid oğludur.

Məlumatda qeyd edilir ki, hadisə rayon icra hakimiyyətinin qarşısında baş verib. Qazinin icra hakimiyyətində qəbul zamanı özünü yandırdığı bildirilir. Onun bədəninin 30 faizi yanıb. Qazinin Bakıya gətirildiyi bildirilir.

Naftalan RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamxal Hümbətov Musavat.com-a bildirib ki, Tağıyev İlkin Həmid oğlu bu gün şəhərin Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavininin qəbulunda olub:

“Qəbul zamanı qazi şəhər İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğını vurğulayıb, daha sonra o, mənzillə və həyat yoldaşının işlə təmin olunmasını istəyib. Bununla bağlı qaziyə bildirilib ki, cari il ərzində mənzillə təmin olunacaq, həmçinin yoldaşı Lamiyə Tağıyevanın iyul ayı ərzində işlə təmin olunması nəzərdə tutulub.

Qeyd edək ki, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən 10.01.2022-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 09.08.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Maldarlıq” zərfi üzrə aktivlərlə təmin edilib. İlkin Tağıyevə 20.09.2021-ci il tarixdən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilib. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir. Bundan əlavə, müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib. 2021-ci ildən indiyədək “Yaşat” Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanıb və dərman vasitələrinin alınmasına yardım göstərilib. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11 640 AZN məbləğində yardım edilib.

Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2 torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib.

Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən Hotel və müalicə mərkəzində işlə təmin olunub. Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılıb və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR