İnsanlara hürriyət, millətlərə istiqlal!

“Myanmada müxalifətçilərə hava zərbəsi endirilib, 100-ə yaxın insan ölüb”

Myanma hərbçilərinin ölkənin şimalındakı Sikayn bölgəsindəki bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib. Agentliyin məlumatına görə, ölənlər arasında çoxlu uşaq da var.

AP qeyd edib ki, ilkin məlumatlarda ölənlərin sayı 50-yə yaxındır, lakin sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara görə bu rəqəm 100-ə yaxındır. Agentliyin soruşduğu şahidlərin sözlərinə görə, təyyarə səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR