İnsanlara hürriyət, millətlərə istiqlal!

Myanmada kəndə endirilən hava zərbələri nəticəsində 100 nəfər ölüb

Myanmanın şimalındakı bölgəyə həyata keçirilən hava hücumları nəticəsində 100-ə yaxın insan həlak olub.

APA xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.

Zərbələr Myanma hakimiyyətinin əleyhdarları tərəfindən təşkil edilən mərasimin iştirakçılarına endirilib. Ölənlərin çoxunun uşaq olduğu bildirilir.

İlk olaraq 50-yə yaxın insanın öldüyü bildirilmişdi.

Şahidlərin sözlərinə görə, təyyarə səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan insanların üzərinə bombalar atıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR